"Turan Tovuz" bu gün Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan “Voluntari” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bu görüş ötən gün oynanılmalı idi. Lakin Antalyadakı əlverişsiz hava şəraiti səbəbindən matç təxirə salınmışdı.

Əlavə edək ki, "Turan Tovuz" Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 15-də Macarıstan “Şiofok”u və Özbəkistan yüksək liqa klubu “Nasaf”la qarşılaşacaq.