"Turan Tovuz" "Sabah"ın bu futbolçusunu icarəyə götürmək istəyir ÖZƏL!
- 12 Sen 2023 18:00
- 670
Transfer pəncərəsi bağlansa da "Turan Tovuz" heyətini gücləndirmək yolundakı fəaliyyətini davam etdirir.
Rekord.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisinin növbəti hədəfi "Sabah"ın futbolçusu Ceyhun Şirinovdu.
Ayxan Abbasov Masasız təmsilçisinin heyətində stabil oynamaq şansı əldə etməyən, bu yaxınlarda isə əvəzedici komandaya göndərilən Ceyhunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Bununla bağlı yaxın günlərdə "Sabah"a rəsmi müraciət olunacağı istisna edilmir.