
“Turan Tovuz” “Şamaxı” ilə oyunun təxirə salınmasını istəyir
- 23 Fev 2025 13:20
- 74
Bu gün Misli Premyer Liqasının 24-cü turunda Şamaxı şəhər stadionunda “Şamaxı” - “Turan Tovuz” oyunu keçirilməlidir.
Rekord.az xəbər verir ki, hava şəraiti səbəbindən oyunun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı dəqiqləşib.
"Turan Tovuz" klubu rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edib. Klubun bununla bağlı yaydığı bəyanatda deyilir:
"Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq, bu hadisələr baş verib".
Bu oyun saat 14:30-da başlamalıdır. PFL-in yekun qərarının necə olacağı hələ bilinmir.