![photo](https://rekord.az/uploads/5/401431400-17924638424803178-2972200344100530781-n-600x300.jpg)
“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!
- 2023-12-01 10:40
- 204
Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 2 dekabr tarixində, saat 18:30-da Tovuz şəhər stadionunda baş tutacaq.