Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərinin kimliyinə aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi klub iyulun 18-də Türkiyə 1-ci Liqa təmsilçisi “Pendikspor”, 22-də isə Superliqa kollektivi “Adana Dəmirspor”la qarşılaşacaq.

Son yoxlama oyunu isə iyulun 25-nə təsadüf edəcək. Növbəti dəfə qardaş ölkə klubu ilə qarşılaşacaq "Turan Tovuz"un bu dəfəki rəqibi 1-ci Liqada çıxış edən “Kocaelispor” olacaq.