![photo](https://www.rekord.az/storage/uploads/4/tovuz1.jpeg)
"Turan Tovuz" Tovuz stadionunun adını satışa çıxarıb, amma...
- 13:00
- 70
"Turan Tovuz" rəhbərliyi Tovuz şəhər stadionunun adını satışa çıxardıb.
Rekord.az xəbər verir ki, bunu rəsmən elan etməsələr də, istənilən şirkətlə danışıqlar aparmağa hazırdılar.
Bu barədə saytımıza açıqlamasında "Turan Tovuz"un İdarə Heyərinin sədr müavini Əli Balakişiyev məlumat verib: "Biz bu məsələdə açığıq. İnanın ki, Bakıdakı qiymətlərdən qat-qat aşağı qiymət təklif edirik. Lakin heç kim yaxın durmur. Tək stadionun ad məsələsi deyil, oyunlar zamanı reklam yerləşdirilməsi üçün də minimal məbləğlər qoymuşuq. Amma yenə də böyül firmalar, şirkətlər tərəfindən maraq yoxdur".