Xəbər verdiyimiz kimi, Azərbaycan çempionatının I divizionunda III turun oyun cədvəli açıqlanıb və gələn həftə keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” və “Qarabağ-2” arasında oyunun yeri dəyişdirilib. Tovuz şəhər stadionunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, oyun Tovuzda yox, Bakıda baş tutacaq və ev sahibi "Qarabağ-2" olacaq. Tərəflər ikinci dövrədə Tovuzda üz-üzə gələcəklər.

Rekord.az-a daxil olan  məlumata görə, "Turan Tovuz" növbəti ev oyununu da Tovuzdan kənarda keçirə bilər.

Çünki bölgədəki hərbi vəziyyətlə əlaqədar olaraq, Tovuz stadionunda nəzərdə tutulan işlərin yekunlaşması yubana bilər. Bu mənada istisna olunmur ki, Tovuz təmsilçisi noyabr ayında da oyunlarını doğma rayondan kənarda keçirsin. Hazırda rəhbərlik bu məsələ ilə bağlı AFFA ilə məsləhətləşmələr aparır.