"Turan Tovuz" bundan sonra yeni transfer etməyəcək.

Rekord.az-a daxil olan məlumata görə, yeni transferlər ilk turda özlərini yaxşı tərəfdən göstərib və baş məşqçi Ayxan Abbasov onlardan razı qalıb.

Buna görə də, qışa qədər yeni futbolçu alınmamasına qərar verilib. Qışda neçə transfer olacağı isə komandanın həmin dönəmdə tutduğu mövqeydən asılı olacaq.