“Turan Tovuz” üçün Antalya hazırlığı və 3 yoxlama oyunu
- 25 Dek 2023 16:00
- 293
"Turan Tovuz" mövsümün ikinci yarısına hazırlığını Türkiyədə keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə Tovuz klubu açıqlama yayıb.
Komanda yanvarın 3-də Antalyaya yollanacaq. Lara bölgəsində məskunlaşacaq “Turan Tovuz” yanvarın 17-dək burada hazırlığını davam etdirəcək. 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Turan Tovuz" mövsümün ilk yarısını 22 xalla 7-ci pillədə başa vurub.