![photo](https://www.rekord.az/storage/uploads/5/90561bf2-e646-42cb-8c82-fbb9784d91d9.jpeg)
“Turan Tovuz” xatirə turnirinin qalibi oldu
- 15 Noy 2023 19:50
- 259
"Turan Tovuz"un U-10 komandası Gəncə şəhərində Azərbaycan Respublikasının əməkdar futbol məşqçisi Konstantin Abramenkonun 100 illik yubileyinə həsr olunmuş turnirin qalibi olub.
Rekord.az xəbər verir ki, sözügedən komanda ilk oyunda Gəncə təmsilçisi "Lokomotiv" üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Finalda isə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən Tovuz klubunun U-10 komandası turnirin baş mükafatına sahib olub.