İyun ayından etibarən Tovuz stadionunun süni örtüyü təbii otla əvəzlənəcək.

Rekord.az-a daxil olan məlumata görə, işlərin sentyabra qədər yekunlaşması nəzərdə tutulub.

Bu isə o deməkdir ki, Tovuz təmsilçisi növbəti mövsümün bir neçə ev oyununu Bakıda keçirə bilər. Çünki təbii qazon yerə döşənəndən sonra bir müddət onun bərkiməsini də gözləmək lazımdı.