Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.

Liderlər qrupunda qərarlaşan "Turan Tovuz" Zaqatalada yerli komandaya məğlub olub.

Qeyd edək ki, bu tur “Sabah-2” komandası istirahət edir.

Birinci Divizion
12-ci tur

28 noyabr

Zaqatala - Turan Tovuz 3:1
Qollar: Kamal Dənziyev, 7, 25; Famil Camalov, 88 - Xəyal Əmirli, 79-öz qapısına.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Teymur Teymurov, Nicat İsmayıllı.
Zaqatala şəhər stadionu, 14:30.

Zirə-2 – Sumqayıt-2 1:4
Qollar: Tapdıq Əhmədov, 4 - Rüfət Abdullazadə, 71, 74; Cavid Quliyev, 85; Səbuhi Əliyev, 90+7
Hakimlər: Kamal Umudlu, Mübаriz Haşimov, Kamran Bayramov, Elçin Məsiyev.
“AZAL Arena”, 14:30.

Qaradağ Lökbatan - MOİK 0:1
Qol: Orxan Həsənov, 52.
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Elman Kərimov, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

29 noyabr

Səbail-2 – Keşlə-2
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Əliyar Ağayev.
“ASCO Arena”, 15:30.

Qarabağ-2 – Ağsu
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 16:30.

Neftçi-2 – Kəpəz
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Fərid Hacıyev.
Binə qəsəbə stadionu, 14:30.