“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!
- 15 Dek 2023 14:40
- 267
Premyer Liqanın 17-ci turunun “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən Tvuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 16 dekabr tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.