Bu yaxınlarda Albaniyaya yollanan Amil Yunanov mövsüm öncəs doğma rayonu Tovuzun "Turan Tovuz" komandasına təklif olunub.

Rekord.az xəbər verir ki, klub rəsmləri yerli futbolçu kimi limitə düşəcək bir neçə nəfər arasında Amilin də adını təklif ediblər.

Lakin komandanın baş məşqçisi Kurban Berdiyev Yunanovun onun oyun planına uyğun gəlmədiyini bildirərək imtina edib.