“Turan Tovuz”a texniki məğlubiyyət, hakimi söyənlərə 5 oyunluq cəza verildi
- 12 Dek 2024 15:20
- 199
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-17 Liqasının “Sabah” FK – “Qarabağ” FK oyununda “Qarabağ”ın baş məşqçisi Rəşad Sadiqov qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 5 oyun cəzalandırılıb.
U-16 Liqasının “Səbail” PFK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz”un heyətində adı protokolda qeyd edilməyən 2 nömrəli futbolçu iştirak etdiyinə görə Tovuz komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Caspian” FK – “Metak” FK oyununda “Metak”ın məşqçisi Zahid Tayıbov qarşılaşmanın 65-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 5 oyun cəzalandırılıb.
U-13 Liqasının “Zaqatala” PFK – “Kürmük” (Qax) oyununda “Zaqatala”nın baş məşqçisi Nəsib Əliyev qarşılaşmanın 50-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 5 oyun cəzalandırılıb.
U-13 Liqasının UGİM (Siyəzən) – “Şirvanovka” FK oyununda “Şirvanovka”nın baş məşqçisi Habil Nurəhmədov qarşılaşmanın 51-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 5 oyun cəzalandırılıb.
U-10 Liqasının “Muğan” PFK – “Ahmedoğlu” FK oyununda “Ahmedoğlu”nun məşqçisi Bəxtiyar Salmanov qarşılaşmanın 42-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığına görə 5 oyun cəzalandırılıb.