“Turan Tovuz”un növbəti mövsümlə bağlı planlarında ciddi dəyişiklik olmayacaq.

Rekord.az xəbər verir ki, AFFA növbəti il üçün də komandaya bu mövsümkü büdcəni ayıracaq.

Heyətə gəlincə, bu məsələdə də demək olar ki, böyük dəyişiklik gözlənilmir. Hazırkı heyətin 90 faizi ilə yeni müqavilə imzalanacaq.