![photo](https://www.rekord.az/storage/uploads/5/358439183-6615127191883079-8586281125850451026-n.jpg)
"Turan Tovuz"da braziliyalı hücumçu!
- 07 İyl 2023 00:30
- 338
"Turan Tovuz" növbəti transferini gerçəkləşdirib.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçu Luis Enrike Paçunu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli forvardın son klubu Portuqaliya "Trofense"si olub.