"Turan Tovuz"un büdcəsinin təsdiqlənməməsində bir sıra qeyri-müəyyənliklər yaranması haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, çempionatın startına sayılı günlər qalsa da, durum hələ də düzəlməyib.

Əldə etdiyimiz məlumata görə, klubun hələdə forma və xüsusilə, inventarla bağlı ciddi sıxıntıları var. AFFA-dan yardım ediləcəyinə dair söz verilsə də, hələ də, verilən vədə əməl olunmayıb. Komanda ümid edir ki, 2-ci tura qədər vəd olunan yardım ediləcək.