Cari mövsüm özünü yaxşı tərəfdən göstərən futbolçulardan olan Ayxan Hüseynov böyük ölçüdə "Turan Tovuz"da qalacaq.

Rekord.az xəbər verir ki, Ayxan Abbasovun da güvəndiyi futbolçulardan olan "Zenit" yetirməsi karyerasını riskı atmaq istəmir və işləri qaydasında gedən komandada qalmağı düşünür.

Qeyd edək ki, Ayxan Hüseynovun xidmətindən ən çox maraqlı olan klub "Sumqayıt"dı.