"Turan Tovuz" klubu rusiyalı qapıçı İvan Konovalovu transfer edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vaxtilə Rusiyanın U-21 millisinin də şərəfini qorumuş qapıçı ilə "1+1" illik müqavilə bağlanıb.

Moskva “Spartak”ının yetirməsi olan 29 yaşlı qolkiper Rusiyada “Amkar”, “Rubin”, “Ural”, “Baltika” ilə yanaşı, Serbiyada “Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”, Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.