“Turan Tovuz" heyətinə daha bir oyunçi cəlb edib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc müdafiəçi İbrahim Ramazanovla 2 illik müqavilə imzalnıb.

19 yaşlı futbolçunun son klubu "Qəbələ" olub. O, Azərbaycanın U-21 yığmasına da dəvət alır.

"Turan Tovuz" bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva, Veysəl Rzayev, Rüfət Əhmədov və Araş Qadirini də transfer edib.

"Turan Tovuz" futbolçusu Roderik Millerlə də müqaviləni yeniləyib. Panama millisinin də üzvü olan müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcək.

Miller "Turan Tovuz"un heyətində Premyer Liqada 32 oyun keçirib və 6 qol vurub.

Qeyd edək ki, "Turan Tovuz" bu yay Şəhriyar Əliyev,  Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Eltun Turabov, Denis Marandiçi və Xəyal Nəcəfovla da müqavilənin müddətini uzadıb.