Mövsüm başa çatandan sonra "Turan Tovuz"dan ayrılan Cavid Tağıyev hələ də klubsuzdu.

Rekord.az-a daxil olan məlumata görə, futbolçunun "Araz Naxçıvan"a keçmək variantı var.

Yaxın günlərdə bu məsələ dəqiqləşməlidir. Cavidin xidmətində I liqa klubları da maraqlıdır, lakin futbolçu özü ilk növbədə Premyer Liqada oynamaq istəyir.