“Turan Tovuz”dan Braziliya klubuna
- 22 Avq 2024 15:45
- 137
Bu yay “Turan Tovuz”un yollarını ayırdığı Bruno Qonsalves ölkəsinə qayıdıb.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu B seriyasında mübarizə aparan və ölkənin tanınmış klublarından olan “Quarani” ilə anlaşıb.
Yüksək liqaya çıxmağa iddialı olan klubun Bruno ilə müqaviləsi 2025-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.
27 yaşlı müdafiəçi “Vila Nova”, “Aroka”, “Leykşoeş” komandalarında oynadıqdan sonra ötən yay “Turan Tovuz”a keçmişdi.