"Turan Tovuz"dan "Kəpəz"ə jest: gözləyərik, problem yoxdur
- 05 Dek 2023 12:00
- 1525
Premyer Liqanın sponsorsuz tək klubu olan "Kəpəz"də maddi sıxıntılar davam edir.
Rekord.az-a daxil olan məlumata görə, öz stadonu təmirdə olduğu üçün ev oyunlarını Tovuzda keçirən gəncəlilər stadionun icarə haqqını ödəməkdə də çətinlik çəkirlər.
Lakin Tovuz təmsilçisi qonşu şəhərin komandasına jest edərək, onları sıxışdırmayacağını bildirib. Yəni, gəlin, oynayın, icarə haqqını da gözləyərik, pulunuz olanda verərsiniz.