"Sabah"dan ayrılan Veysəl Rzayevin “Turan Tovuz”a transferi rəsmiləşib.

Rekord.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi “Turan Tovuz”la 2+1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Veysəl Rzayev 2022-ci ilin yayından icarə əsasında "Turan Tovuz"da çıxış edirdi.

"Turan Tovuz" bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok və Kristian da Silvanı da heyətə cəlb edib.