Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Turan Tovuz” səfərdə “Qarabağ-2”, “Kəpəz” isə “Sumqayıt-2” üzərində qələbə qazanıb. “Qaradağ Lökbatan” da “Keşlə-2” ilə ev oyunundan məğlub ayrılıb.

Turun qalan iki oyunu sabah keçiriləcək.

Birinci Divizion
3-cü tur

21 oktyabr

“Qarabağ-2” – “Turan Tovuz” 0:2
Qol: Elçin Qasımov, 64. Vidadi Cəfərov, 70.
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.

“Sumqayıt-2”– “Kəpəz” 0:1
Qol: Nodar Məmmədov, 50-pen.
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
“Kapital Bank Arena” (ehtiyat meydança), 13:00.

“Qaradağ Lökbatan” – “Keşlə-2” 0:1
Qol: Samir Abdullayev, 8.
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

22 oktyabr

“Sabah-2” – “Zaqatala” 
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Fərid Hacıyev.
“Bank Respublika Arena” (ehtiyat meydança), 13:00.

“Neftçi-2” – MOİK
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 14:00.