Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Sabah-2” səfərdə “Qaradağ Lökbatan”ı, “Turan Tovuz” isə “Neftçi”nin əvəzedicilərini məğlub edib.

Birinci Divizion
8-ci tur

3 dekabr

Qaradağ Lökbatan – Sabah-2 0:2
Qol: Samir Məhərrəmli, 40. Fərid Kərimzadə, 87.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Neftçi-2 – Turan Tovuz 0:1
Qol: Elçin Qasımov, 49.
Hakimlər: Rəşad Əhmədov, Ruslan Quliyev, Səbuhi Soltanov, Rauf Allahverdiyev
“Neftçi”nin məşq bazası (4-cü meydança), 14:00.

Turun digər oyunları:

Kəpəz – Qarabağ-2 0:1
Keşlə-2 – MOİK 1:3
Sumqayıt-2 – Zaqatala 0:0