“Qəbələ” Misli Premyer Liqasının 30-cu turunun “Turan Tovuz”la evdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub. 

Rekord.az xəbər verir ki, üç futbolçu komandanın məşqinə qatılmayıb.

Ahmed Ayzaya, Ülvi İsgəndərov və Murad Musayev zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Turan Tovuz” qarşılaşması saat 16:30-da başlayacaq.