Bu gün Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları start götürüb.

Rekord.az xəbər verir ki, bir oyundan ibarət olan mərhələnin 5 qalibinin adı müəyyənləşib.

"Difai Ağsu"nu minimal hesabla üstələyən "Karvan" 1/8-ə yüksəlib.

Digər görüşlər məhsuldar alınıb. MOİK "Cəbrayıl"ı 4 cavabsız qolla yenərək "Qarabağ"a rəqib olub. "İrəvan" da "Araz Saatlı"nın qapısından 4 top keçirib.

"Şəfa" - "Səbail" oyununda isə Bayıl təmsilçisi 7 cavabsız qolla qalib gəlib.

İlk oyun gününə Tovuzda yekun vurulub. Premyer Liqa təmsilçilərindən "Turan Tovuz" 2-ci Liqanın "Göygöl" komandasını qəbul edib və darmadağınla mərhələ adlayıb.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

28 noyabr

“Karvan” – “Difai Ağsu” 1:0
Qol: Ruslan Voronsov, 72
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov
Yevlax şəhər stadionu

“Araz Saatlı” – “İrəvan” 1:4
Qollar: Rəvan Əvəzov, 79-p. - Elvin Yunuszadə, 4. Cavid Tağıyev, 27. Vüsal Əsgərov, 45+3+p. Arsen Ağcabəyov, 70.
Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov
Saatlı OİK stadionu

MOİK – “Cəbrayıl” 4:0
Qollar: İsa Zeynallı, 37-p. Cavidan Abbaszadə, 45+3, 86. Elvin Vəliyev, 73
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu

“Şəfa” – “Səbail” 0:7
Qollar: Samir Abdullayev, 10, Yadin Luqasi, 11. Adi Mehremiç, 20. Taleh Qarayev, 25. Amil Yunanov, 40, 76. Aleksandr Ramalinqom, 86.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva
“ASCO Arena”

“Turan Tovuz” – “Göygöl” 5:1
Qollar: Ayxan Hüseynov, 4. Belaydi Pusi, 41; 88. Ayxan Hüseynov, 45. Tərlan Quliyev, 90+2-pen – Ülvi Cəlilov, 38-pen.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə
Tovuz şəhər stadionu.