Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz" - "Sabah" oyununda ayağı qırılan Tovuz klubunun futbolçusu Denis Marandiç əməliyyat olunub.


Rekord.az xəbər verir ki, əməliyyatı uğurlu keçən futbolçu bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq.


Klubun yaydığı açıqlamada daha sonra bunlar qeyd olunub:


“Bundan sonrakı bütün prose  klub rəhbərliyi və həkimlərimizin nəzarətində olacaq. Futbolçumuzun müalicə, reabilitasiya, bərpa və ən qısa müddətdə yaşıl meydanlara qayıtması üçün klub olaraq üzərimizə düşən bütün öhtəlikləri yerinə yetirib, əlimizdən gələni edəcəyik”.