![photo](https://www.rekord.az/storage/uploads/4/tovuz2.jpg)
"Turan Tovuz"un baş məşqçisini AFFA müəyyənləşdirəcək
- 09 İyn 2021 14:00
- 2324
İlham Yadullayevin gedişindən sonra "Turan Tovuz"un baş məşqçi postu hələ də boşdur.
Rekord.az xəbər verir ki, təyinatı AFFA gerçəkləşdirəcək.
Baxmayaraq ki, klubun rəhbərliyi var, amma onların özbaşına baş məşqçi təyin etmək səlahiyyəti yoxdur. AFFA kimi məsləhət bilib göndərsə, o da baş məşqçi postunda çalışacaq.