Qeyri-adi hadisə baş verməsə, növbəti mövsümdən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov olacaq.

Rekord.az xəbər verir ki, Abbasov artıq klub rəhbərliyi ilə müəyyən məsələlərlə bağlı danışıq da aparıb.

Əldə etdiyimiz məlumata görə, danışıq zamanı əsas komanda ilə yanaşı, klubun akademiyası da müzakirə olunub. Belə razılıq olub ki, əsas komandaya təyinat gerçəkləşsə, Abbasov paralel olaraq, akademiyaya da nəzarət edəcək. 

Qeyd edək ki, hazırda "Turan Tovuz" futbol akademiyasına rəhbərlik edən Adil Şükürov, mövsümün sonunda Tovuzdan ayrılacaq.