Bu ilin yanvarında açılan “Turan Tovuz” Futbol Akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.

 

Rekord.az xəbər verir ki,, FIFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına araya-ərsəyə gələn akademiyaya Adil Şükürov rəhbər təyin olunub.

 

Onunla 2 illik müqavilə bağlanıb. Mütəxəssis martın əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. İlk mövsümdə gümüş medal qazanan gənc mütəxəssis daha öncə də uğurları ilə yadda qalıb. “Bakı” Futbol Akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanan yeganə mütəxəssisdi. “Turan Tovuz” Futbol Akademiyasına da PRO kateqoriyalı mütəxəssisin təyinatı məhz bu xidmətlərinə görə gerçəkləşib. Bir ara adı U-21-lə yanaşı hallansa da, AFFA rəhbərliyi Milan Obradoviçlə yola davam etməyi lazım bilib. ("Futbol plus")