![photo](https://www.rekord.az/storage/uploads/5/s-342.jpg)
“Turan Tovuz”un futbolçusu millimizin rəqibinə qarşı oynadı
- 13 Okt 2023 01:50
- 392
AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan İsveç millisi yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, seçmə mərhələnin 7-ci turunda istirahət edəcək sözügedən komanda Moldova millisi ilə üz-üzə gəlib.
Millimizin rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb – 3:1.
Moldova yığmasının heyətində “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç 90 dəqiqə meydanda olub. O, ikinci hissədə sarı vərəqə də alıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə sonadək ehtiyatda qalıb.