"Turan Tovuz"un futbolçusu oyuna gələndə qayıb yazırlar
- 08 Apr 2024 15:00
- 928
"Turan Tovuz"un gənc futbolçusu Məzahir Məmmədzadə maraqlı vəziyyətlə üzləşib.
Rekord.az xəbər verir ki, Premyer Liqa klubunda oynayan futbolçu məşqlərə və oyunlara gəlməkdə çətinlik çəkir.
Belə ki, Məzahir Müəllimlər İnstitunun Qazax filialında təhsil alır. Bəzən "Turan Tovuz"un məşqləri və oyunları həftə içinə, yəni dərslərlə üst-üstə düşür. Bu zaman isə futbolçu çıxılmaz vəziyyətdə qalır. Belə ki, təhsil ocağı oyunlar üçün ona icazə vermir. Futbolçu oyuna gedəndə isə ona "qayıb" qoyulur. Düzdür, futbolçulara müəyyən imtiyazlar nəzərdə tutulub. Lakin həmin imtiyazlar yalnız milli komandaya dəvət alan zaman qüvvədə olur. Bu icazəni isə birbaşa Təhzil Nazirliyi verir. Futbolçunun ölkənin şərəfiniu qoruduğu üçün təhsildən ayrılmaq baxımından istisna var. Lakin klublar üçün bu icazə keçərli deyil və nazirliyin də məntiqi budur ki, klublar futbola görə tələbəni təhsildən ayıla bilməz. Bir sözlə, Məzahir dua etməlidir ki, "Turan Tovuz"un oyunları həftəsonuna düşsün.