![photo](https://www.rekord.az/storage/news/2025_02_11/5109b3e_1739285549.jpg)
“Turan Tovuz”un futbolçusu “Qəbələ”də
- 11 Fev 2025 19:40
- 44
“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Rekord.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi İbrahim Ramazanov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.
20 yaşlı müdafiəçi “Turan Tovuz”dan icarəyə götürülüb. İcarə müddəti 1,5 il olan Ramazanov 2026-cı ilin yayına qədər “qırmızı-qara” formada çıxış edəcək.
İbrahim 2023/24 mövsümündə “Qəbələ”də 4 oyun keçirib.