“Turan Tovuz”un futbolçusu və məşqçisi cəzalandı
- 15:15
- 33
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz” – “Sabah” oyununun 63-cü dəqiqəsində “Sabah” klubunun 40 nömrəli futbolçusu İqor Noqeyra ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah” klubu 500 manat cərimə edilib.
“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Səbail” oyununun 45-ci dəqiqəsində “Turan Tovuz” klubunun 40 nömrəli futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.
“Turan Tovuz” – “Səbail” oyununun 45+3-cü dəqiqəsində “Turan Tovuz” klubunun məşqçisi Ruslan Abışov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Turan Tovuz” komandası 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Turan Tovuz” – “Səbail” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.
“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.
“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.