“Göztəpə Bakı” Futbol Məktəbinin təşkilatçılığı ilə Bakı şəhərində təşkil olunan Beynəlxalq “Dostluq Turniri”nə yekun vurulub.

Rekord.az xəbər verir ki, U-10 və U-12-lər arasında keçirilən turnirdə "Turan Tovuz"un futbol akademiyasının müvafiq yaş qrupu üzrə komandaları ilə yanaşı, “Zəngəzur”, “Qalatasaray Bakı”, “Trabzonspor Bakı”, “Göztəpə Bakı”, “Adana Demirspor Bakı”, “Futbol Master” (Qazaxıstan) və “Manqıştau” (Qazaxıstan) istirak ediblər.

Seymur Tağıyevin rəhbərlik etdiyi “Turan Tovuz” U-12 və Elxan Abdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” U-10 komandaları keçirdikləri bütün oyunlarda qalib gəlməklə hər iki yaş qrupunda çempion adını qazanıb.

Mükafatlandırma mərasimində komandalara çempionluq kubokunu Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev təqdim edib.