Yeni mövsümün hazırlığı baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında davam etdirən “Turan Tovuz” ilk yoxlama görüşünə çıxacaq.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi iyul ayının 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Araz Naxçıvan”la qüvvəsini sınayacaq.

Yoxlama oyunu
12 iyul

19:00. “Turan Tovuz” – “Araz Naxçıvan”
Bakı Olimpiya Stadionu, ehtiyat meydança.