“Turan Tovuz”un legioneri Farer adaları üzərində qələbəyə sevindi
- 11 Sen 2023 18:30
- 297
AÇ-2024-ün seçmə mərhələsində 6-cı turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, "Turan Tovuz"un futbolçusu Denis Marandiçinin çıxış etdiyi Moldova millisi səfərdə Farer adaları ilə qarşılaşıb.
E qrupu çərçivəsində baş tutan oyun Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 53-cü dəqiqədə Vadim Rata vurub.
Start heyətdə meydana çıxan Denis Marandiçi 90 dəqiqə meydanda olub.
Bu qələbə ilə xallarını 8-ə çatdıran Moldova millisi 5 komanda arasında 3-cü pillədə qərarlaşıb.