![photo](https://www.rekord.az/storage/uploads/5/martin-petkov.jpg)
"Turan Tovuz"un legionerləri Bakıda yaşayır
- 20 Avq 2023 12:00
- 641
"Turan Tovuz"un bu mövsüm transfer etdiyi legionerlər Bakıda mənzil kirayələyib.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi transferin baş tutması üçün əcnəbilərin yaşayış yeri ilə bağlı istəklərini nəzərə almalı olub.
Belə ki, legionerlər Tovuzun əyalət olduğunu əsas gətirərək orada yox, paytaxt Bakıda yaşamağı üstün tutub. Tovuz klubunun rəhbərliyi də transferlərin baş tutması üçün bu güzəştə gedib. Ümumiyyətlə "Turan Tovuz"un cari mövsüm daha çox Bakıda məskunlaşacağı gözlənilir. Nəzərə alaq ki, Tovuz stadionunda hələ də təmir işləri gedir. Bundan başqa, qazonun süni olması da əlavə problem yaradır ki, baş məşqçi Ayxan Abbasov həm də heyəti qorumağa məcburdu. Bu mənada komandanın Bakıda qalıb BOS-un ehtiyat meydançasında məşq edəcəyi, oyundan bir gün öncə isə Tovuza yollanacağı gözlənilir.