"Turan Tovuz"un Premyer Liqaya gəlişi hələ ki ancaq sözdədir. Bunun reallaşması üçün bir sıra nüanslar həllini tapmalıdır. Təbii ki, söhbət ilk növbədə maliyyədən gedir.

Rekord.az-a daxil olan məlumata görə,  AFFA tovuzluların elitaya gəlişinə etiraz eləmir.

Amma maliyyə məsələsində Tovuzun icra hakimiyyətinin də dəstək göstərməsini gözləyir. Çünki həm baza tikmək, həm stadionu təmir etmək, həm də elita üçün büdcə ayırmaq federasiyanı hədsiz yükləyəcək. Onlar isə bunu istəmir. Çünki digər tərəfdə "Kəpəz" də var. Ona görə icra başçılarının köməyi də lazımdır. Məhz bu məsələ ilə bağlı AFFA ilə Tovuzun icra başçısı arasında görüşün keçirilməsi də planlaşdırılır.