"Turan Tovuz"dan ayrılan İlham Yadullayev iş üçün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmək istəyir.

Rekord.az xəbər verir ki, Yadullayev Məmmədova iş üçün ağız açacaq.

Çünki buna məcburdu. PRO kateqoriyası üçün  cibindən pul verib və kursların ilk mərhələsində iştirak edib. Bir müddət sonra isə ikinci mərhələ (modul) başlayacaq. Qaydalara görə isə PRO kateqoriyalı kurslara qatılan məşqçilər mütləq hardasa işləməli və çalışdıqları klubların hazırlıq planlarını hazırlayıb kursa təqdim etməlidir. Yadullayev isə hazırda işsiz olduğu üçün bu imkandan məhrumdu. Ona görə növbəti mərhələyə kimi təcili özünə yeni iş yeri tapmalıdır.