"Turan Tovuz"un təcrübəli qapıçı Kamal Bayramov "Qəbələ"yə 0:4 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

Rekord.az-a açıqlama verən Bayramov acı məğlubiyyətə görə tovuzlu azarkeşlərdən üzr istəyib.

O, eyni zamanda matç başa çatandan sonra Tovuzdan gələn azarkeşlərlə aralarında olan söhbət haqda da danışdı: "Azarkeşləriniz əziyyət çəkib o boyda yol gəliblər ki, bizi dəstəkləsinlər və bu mənada istəməzdik ki, belə məğlubiyyət olsun. Məğlubiyyətə baxmayaraq, sona qədər bizi dəstəklədilər və buna görə onlara minnətdarlıq etdim. Sonra isə nəticəyə görə üzrxahlıq etdim. Tək onlardan yox, bütün "Turan Tovuz" sevərlərdən üzr istəyirik. Çempionatdı, bu cür oyunlar olur, amma bu cür məğlubiyyəti özümüz də gözləmirdik. Tam olaraq qələbəyə köklənmişdik. Amma dediyim kimi, futbolda bu cür məğlubiyyətlər də olur. Təbii ki, nəticə çıxarmalıyıq, futbolçularla öz aramızda bununla bağlı söhbətimiz də oldu ki, qısa zamanda özümüz düzəldib növbəti oyunlarda bu məğlubiyyətin əvəzini çıxmalıyıq.