"Turan Tovuz"un təşkilaçılığı ilə ağacəkmə aksiyası keçirilib.


Rekord.az xəbər verir ki, bu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və 2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə tövhə vermək məqsədi ilə təşkil olunub.


Aksiyada həmçinin "Turan Tovuz" Futbol Akademiyası, “Tovuz Regional Voleybol Klubu” və Tovuz Rayon İcra Hakimiyyəti iştirak ediblər.


Sağlam Ekologiya naminə “Yaşıl dünyanı birlikdə quraq və qoruyaq” şüarı ilə keçirilən aksiyada Tovuz Rayon Abulbəyli kəndi ərazisində 100-ə yaxın ağac əkilib.