"Turan Tovuz"un yeni legioneri bu gün Bakıya gəlir
- 06 İyl 2023 11:00
- 552
Bu gün "Turan Tovuz"un düşərgəsinə daha bir yeni legioner təşrif buyuracaq.
Rekord.az xəbər verir ki, söhbət Bruno Gonçalvesdən gedir.
Komandanın baş məşqçisi Ayxan Abbasovun saytımıza verdiyi məlumata görə, braziliyalı futbolçu bu gün Bakıda olacaq və tibbi baxışdan keçib komandanın məşqlərinə qoşulacaq. Onunla 2 illik müqavilə bağlanacaq.