Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

Rekord.az xəbər verir ki, Kurban Berdıyev “Turan Tovuz”un “sükanı arxası”nda debüt edib.

Rusiyalı mütəxəssisin yetirmələri “Neftçi” ilə səfər matçında bir xal qazanıblar – 0:0. Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb. Onadək 63 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.

Berdıyev “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxası”nda olub.