Bir neçə həftə əvvəl “Marxal” ilə 1 illik müqavilə imzalayan Səba Səlimirad “Təbrize Bidar”a danışıb.

Rekord.az xəbər verir ki, o, ailəsinin və yaxınlarının israrına baxmayaraq, türk olduğu üçün Azərbaycan klubunda oynamağı üstün tutduğunu bildirib:

“Türklüyümə olan bağlılığım və təəssübkeşliyim üçün mənimlə eyni dildə danışam ölkədə oynamağı üstün tutdum. Ailəmin və yaxınlarımın israrına baxmayaraq İngiltərədən aldığım təklifi qəbul etmədim”.

”Traktorsazi”nin azarkeşi olan 22 yaşlı futbolçu həmçinin qeyd edib ki, Təbriz təmsilçisinin qadınlardan ibarət futbol komandası yaradılsa, təmənnasız olaraq orada oynamağa hazırdır.

Səlimirad İranda qadın idmançılara qarşı ayrı-seçkilik üzündən bir çox istedadın itib-batdığını deyib. Həmçinin Təbrizin yerli rəsmilərini ona və digər idmançı qadınlara lazımı diqqət və dəstəyi göstərmədikləri üçün tənqid edib.

Təbrizdə anadan olan güney azərbaycanlı hücumçu indiyə qədər İranın "Ansar", "Hilal Ahmar" kimi klublarında çıxış edib. Səlimiradın son komandası isə İraqda "Əl-Qatan" olub.