Voleybolçu qadınlar arasında Avropa çempionatının bürünc mükafatçısı bəlli olub. "Rekord.az" xəbər verir ki, qitənin ən güclü üçüncü komandası adını Türkiyə yığması qazanıb.

Türkiyə millisi üçüncülük uğrunda qarşılaşmada Niderland ilə üz-üzə gəlib. Görüş 3 hissə davam edib. Bu matçda sevinən tərəf türklər olublar.

Qeyd edək ki, Türkiyə millisi 2017-ci ildə Bakıda bürünc, 2019-cu ildə Ankarada gümüş medal qazanıb. 

Avropa çempionatı

Üçüncü yer uğrunda

   Türkiyə - Niderland 3:0 (25:20, 25:19, 25:23)