Türkiyə Avropa çempionu oldu
- 31 Avq 2020 21:04
- 1042
Voleybol üzrə 19 yaşadək qızlar arasında Avropa çempionatı yekunlaşıb. "Rekord.az" xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunan qitə birinciliyi Türkiyə yığmasının qələbəsi ilə başa çatıb.
Qonşu ölkənin U-19 millisi finalda Serbiya ilə üz-üzə gəlib. Görüş kifayət qədər gərgin keçib. Türkiyəli voleybolçular hesabda 1:2 geri düşsələr də, sonradan oyunun gedişini xeyirlərinə dəyişə biliblər. Yekunda 3:2 hesabi ilə qələbə qazanan Türkiyə millisi 19 yaşadək qızlar arasında Avropa çempionu adını qazanıb. Serbiya isə gümüş mükafatla kifayətlənməli olub.
Üçüncülük uğrunda isə Belarus və Fransa yığmaları qarşılaşıb. Bu görüşdə rəqibindən daha yaxşı oynayan Belarus 3:1 hesablı qələbə ilə bürünc medala sahib çıxıb.